Brut Lutsi Yuni (lat. Lucius Junius Brutus) — Qədim Roma əfsanəsinə görə, Romada respublikanın əsasını qoyan.
Patrisilərin sonuncu Roma hökmdarı Məğrur Tarkviniyə qarşı baş vermiş üsyanına rəhbərlik etmişdir. E.ə. 509-cu ildə sonuncu hökmdarın qovulmasından sonra Brut Roma Respublikasının konsullarından biri olmuşdur.[1]